Oliver Stoun
Tanınmış Hollivud rejissorunun yeni serialı buna həsr olunacaq
“İtv.az” “The Hollywood Reporter”-a istinadən xəbər verir ki, tanınmış Hollivud rejissoru Oliver Stoun 20-ci əsrdə Hitlerin və Stalinin oynadığı rol barədə amerikalılardakı təsəvvürləri dəyişmək niyyətindədir. Bu barədə rejissor özünün yeni layihəsinə – “Amerikanın gizli tarixi” serialına həsr olunmuş mətbuat konfransında açıqlama verib.
Rejissor deyib: “Stalin, Hitler, Mao- bu siyasətçiləri onların yaşadıqları dövrün xüsusiyyətləri nəzərə alınmadan hər tərəfli tənqid ediblər. Halbuki, Stalin birmənalı fiqur dyil. Axı, o nəhəng alman hərbi maşını qarşısında tək başına dayanmalı olub. Bu maşının sındırlmasında o hamıdan çox iş görüb. Dünya tarixinə təsir göstərən şəxsiyyətlərin xarakteristikasını sadələşdirmək olmaz. Həmin Hitlerdir ki, hələ çoxdan tarixin günah keçisi olub. Axı, onu konkret hadisələr, o dövrün dünya liderləri ərsəyə gətirib”.
Rejissor həmçinin vurğulayıb ki, amerikalılar I və II-ci Dünya müharibələri arasındakı əlaqədən xəbərsizdirlər: “Biz çalışırıq ki, tamaşaçılarımıza keçən əsrdə baş vermiş hadisələrə başqa yöndə baxmağa kömək edək. Ən azı Almaniyada nasist partiyasının dirçəlməsi və maliyyələşdirilməsi məsələsində. Neçə Amerika korporasiyası bu rejimlə əməkdaşlıq edib? Demək olar ki, General Motorsdan tutmuş IBM-a qədər hamısı. Halbu ki, ilkin dövrlərdə Hitleri aradan qaldırmaq o qədər də çətin məsələ deyildi “ deyə Stoun üzünü konfrans iştirakçılarına tutub.
Rejissor həmçinin Harri Trumenin Xirosima və Nagasakinin nüvə bombardımanına məruz qoymaq qərarının motivlərinə, soyuq müharibəni doğuran əsl səbəblərə, həmçinin Vyetnam müharibəsinin səbəblərinə aydınlıq gətirməyə səy göstərəcək.
Serialın son hissəsində ABŞ-in müasir dövrdəki rəhbərliyində “sülh” və “müharibə” bloklarının mübarizəsindən söhbət açılacaq.
Serialın premyerası 2010-cu ilin ortalarında “Showtime” televiziya şəbəkəsində baş tutacaq.