Bəhruz Kəngərli(1892-1922)

Parlaq istedada malik olan  Bəhruz Kəngərli çox qısa, lakin mənalı ömür yaşamışdır. O, 1892-ci il yanvarın 10-da Naxçıvanda ziyalı ailəsində anadan olub.

  Kiçik yaşlarından balaca Bəhruzun şəkil çəkməyə böyük həvəsi var idi. Ona görə də atası onu təhsil almaq üçün 1910-cu ildə Zaqafqaziyada yeganə olan Tiflis Rəssamlıq Məktəbinə qoyur. 1915-ci ildə Bəhruz Kəngərli Tiflisdə rəssamlıq təhsilini başa vuraraq Naxçıvana qayıdır və peşəkar rəssamlıq təhsili almiş ilk rəssam kimi geniş yaradıçılıq fəaliyyətinə başlayır. Bir-birindən dəyərli əsərlər yaradır. Realist boyakarlıq sənətinin əsasını qoyur. Boyakarlıq  sənətinin yeni forma, janr və təsvir vasitələri ilə zənginləşdirir.

  Rəssam qısa, lakin mənalı ömrü boyu doğma Vətənin gözəlliklərini tərənnüm etmişdir. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri incəsənət muzeyinin dəyərli eksponatları arasındadır.

  1914-1921-ci illərdə bədnam erməni daşnaklarının törətdiyi vəhşiliklər, xalqımızın başına gələn faciəli hadisələr gənc rəssamı sarsıtmış, onun yaradıcılığında dərin iz buraxmışdır. B.Kəngərli böyük uzaqgörənliklə o dövrdə sadə insanların, dinc əhalinin başına gələn müsibətləri olduğu kimi, real boyalarla təsvir etmişdir. Həmin əsərlərdə o, bizi bu faciəni heç vaxt unutmamağa səsələyirdi. Xain erməni daşnaklarının əsl simasını açıb göstərirdi. Onun  “Qaçqınlar”silsiləsindən olan  əsərələrinə həyatcasına baxmaq olmur. “Tərk edilmiş ev”, “Yurdsuz ailə”, “ Papaqlı oğlan”, “Naxçıvanda xaraba qalmış evlər”, “ Qaçqın qadın”, “Qaçqın oğlan” və s. belə təsirli əsərlərdəndir.

   B.Kəngərlinin yaradıcılığında mənzərə, portret, məişət janrlarındakı əsərlərə xüsusi yer verilmişdir. “Ağrı dağı”, “Gecə mənzərəsi”, “Qoyun sürüsü”, “İlan dağı” ,”Atabəy məqbərəsi”, Kamanbəyovun, Əsədağanın, Şmerlinqin portretləri və s. əsərləri bir-birindən maraqlı və təsirlidir.

  1921- ci  ildə Naxçıvanda İnqilab Komitəsinin təşəbbüsü ilə B.Kəngərlinin 500 əsərdən ibarət  böyük sərgisi təşkil olunmuşdur. Daima ehtiyac içərisində yaşayan, heç bir qayğı görməyən  Bəhruz üçün həmin sərginin böyük əhəmiyyəti var idi. Həmişə yoxsul və kimsəsizlərin halına acıyan rəssam sərgidən toplanan pulun üçdə birini şəhər uşaq evinə bağışlamışdır.

  Parlaq istedada, yaradıcılıq qabiliyyətinə malik olan B.Kəngərli 1922-ci il fevralın 7-də dünyasını dəyişmişdir.

  Xalqımız Vətəninə, elinə qəlbən bağlı olan bu gözəl  sənətkarı heç zaman unutmur. Onun xatirəsini həmişə əziz tutur.

Advertisements

One Response to “Bəhruz Kəngərli(1892-1922)”

  1. AqRa Says:

    500-dən yuxarı rəsm əsəri yaradan Bəhruz Kəngərli yaratdığı hər əsərini cəmi bir dəfə çəkmişdir. Nuhun qəbri (məzarı) əsərini isə cəmi 30 il həyat sürən dahi rəssam 6 dəfə çəkmişdir. Görəsən niyə ???


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: