Məşhur skripka ifaçısı Bakıda konsert verəcək

 Konsertdə qonaqdan başqa əməkdar artist Murad Adıgözəlzadə də çıxış edəcək 

“İtv.az” xəbər verir ki, fevralın 7-də dünyaca tanınmış skripka ifaçısı Qidon Kremer Bakıda konsert verəcək. Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq konsertdə skripkaçı özünün “Kremerata Baltika” Kamera Orkestri ilə birgə çıxış edəcək. Konsertin təşkilatçılarından olan Nəzakət Qasımovanın verdiyi məlumata görə, konsertdə solist qismində Qidon Kremerdən başqa Azərbaycanın əməkdar artisti Murad Adıgözəlzadə də çıxış edəcək. Konsertin proqramında Motsart və Qaydnın mahnıları ifa olunacaq.
Qeyd edək ki, Bakıda çıxış edəcək məşhur skripka ifaçısı Qidon Kremer çoxsaylı mükafatlar qazanıb. Eyni zamanda musiqiçi Çaykovski adına beynəlxalq musiqi müsabiqəsinin, “Grammy” mükafatı və Liberti və Rolf Şok kimi mükafatların sahibidir. 

Posted in Uncategorized. Tags: . Leave a Comment »

Azərbaycan musiqisi

Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir.

Muğam ustaları

Azərbaycanın musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək inkişaf etmiş, təkmilləşmiş, həyat dairəsi genişlənmiş, yeni-yeni janrları mənimsəmiş və zənginləşmişdir. Keçmişin klassik musiqi sərvəti olan muğamlar milli musiqi mədəniyyətimizin əhəmiyyətli bir hissəsini təşkil edir. Xanəndələr və sazəndələrin yaradıcılığında zəngin klassik irsimiz olan muğamlar inkişaf edərək bu gün yüksək nümunələri ilə yaşayır.

Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları – ifaçılar daxildir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttar, Hacı Hüsü – şöhrət qazanmış, muğam məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, Məşədi İsinin, Ələsgər Şirinin, tarzən Sadıqcanın və b.-nın, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdıoğlunun, Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və b. adların xüsusi qeyd olunmalıdır.

Xan Şuşinski, Zülfü Adıgözəlov, Haşım Kələntərli, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Sürəyya Qacar, Fatma Muxtarova və başqaları XX əsrin əvvəllərində yaranmış məşhur müğənnilərdir. Bu dövrdə muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mənsurov və b.-nın adları da şöhrət qazanmışdır.

Posted in Uncategorized. Tags: . Leave a Comment »
Design a site like this with WordPress.com
Get started